Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR

Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR
Kateqoriya: Gündəm | Tarix: 26.01.2026 09:29Müəllif: admin

Azərbaycan Milli İncəsənət Muzeyində “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı yeni daimi ekspozisiyanın açılışı baş tutub. 

Ganjavimedia.az xəbər verir ki, ekspozisiya XX əsrin ikinci yarısında Azərbaycan təsviri sənətində mühüm mərhələ təşkil edən nonkonformist sənət hərəkatının aparıcı nümayəndələrinin yaradıcılığına həsr olunub.

Layihə bp və onun Azəri–Çıraq–Günəşli, Bakı–Tbilisi–Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələri üzrə tərəfdaşlarının dəstəyi ilə “Greentech Solutions” MMC tərəfindən icra olunub.

Layihə çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində nonkonformist rəssamların əsərlərinin nümayişi üçün nəzərdə tutulmuş sərgi zallarında əsaslı təmir, dizayn və texniki modernləşmə işləri həyata keçirilib. Yenilənmə prosesi müasir muzey ekspozisiya prinsiplərinə uyğun şəkildə aparılaraq zalların həm estetik, həm də funksional imkanlarını əhəmiyyətli dərəcədə artırıb, sənət nümunələrinin beynəlxalq muzey standartlarına uyğun qorunmasına və nümayişinə əlverişli şərait yaradıb. 

Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında nonkonformist istiqamətin əsasını qoymuş Cavad Mircavadov, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev, Qorxmaz Əfəndiyev və Fazil Nəcəfov kimi görkəmli sənətkarların əsərləri xüsusi yer tutur. Uzun müddət bu rəssamların yaradıcılığı muzeydə məhdud xarakterli ekspozisiyada nümayiş etdirilib. Yeni daimi ekspozisiya onların çoxşaxəli bədii irsinin sistemli şəkildə və müasir muzey standartlarına uyğun formada ictimaiyyətə təqdim olunmasını təmin edib.

Açılış mərasimində bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış ediblər. Çıxışlarda XX əsrin 60-cı illərində formalaşmış nonkonformizm hərəkatının Azərbaycan təsviri sənətində estetik düşüncənin yenilənməsində və fərdi yaradıcılıq azadlığının bərqərar olmasında oynadığı mühüm rol xüsusi vurğulanıb, bu irsin qorunub saxlanılmasının və geniş auditoriyaya təqdim edilməsinin əhəmiyyəti qeyd edilib. 

Tədbirin bədii hissəsində Xalq artisti, vokalçı Fidan Hacıyeva və pianoçu Şahin Yəhyazadə dünya klassik musiqisinin seçmə nümunələrini ifa ediblər.

Sonra qonaqlar ekspozisiya ilə tanış olublar.

Qeyd edək ki, “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı daimi ekspozisiya hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin ziyarətçiləri üçün açıqdır.

 

 

Gallery image 1

Gallery image 2

Gallery image 3

Gallery image 4

Gallery image 5

Gallery image 6

Gallery image 7

Gallery image 8

Gallery image 9

Gallery image 10

Gallery image 11

Gallery image 12

Gallery image 13

Gallery image 14

Gallery image 15

Gallery image 16

Gallery image 17

Gallery image 18

Gallery image 19

Gallery image 20

Gallery image 21

Gallery image 22

Gallery image 23

Gallery image 24

Gallery image 25

Gallery image 26

Gallery image 27

Gallery image 28

Gallery image 29

Gallery image 30

Gallery image 31